Zaqatalada dəhşətli hadisə – ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində “ВАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Sozcu.az-ın nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Facebook Comments