Zahidanda daha 1 məhkum dara çəkilib

İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 edam edilib. Ölüm hökmü bir neçə gün əvvəl icra olunsa da, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl naməlum səbəbə görə qətl törədən 27 yaşlı məhkum Ümid Haşımzehi, iyunun 17-si sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin zindanında dara çəkilib.

Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Facebook Comments