Zəhra diləndirilən zaman tapılıb – Foto

İtkin düşən 4 yaşlı Zəhra Nizami rayonu ərazisində diləndirilən zaman tapılıb.
İyunun 4-də axşam saatlarında naməlum şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılıb.

Zəhranı öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar.

Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.

Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.

Musavat.com xatırladır ki, son bir neçə gündə polis şəhərin qaraçılar yaşayan ərazilərində əməliyyat-axtarış işləri aparıb. Biləcəri, Suraxanı, “Vorovski” kimi ərazilərdə kompakt yaşayan qaraçıların evlərinə daxil olaraq, itkin düşən uşağın izlərini axtarmağa cəhd ediblər.

Sozcu.az