Əyyub Məmmədov : “Sevib-sevilmək doğrusa əgər”
Ürək istəyinə çatarsa əgər,
Həyat gözəlləşib laləzar olar
Sevib-sevilmək doğrusa əgər,
Ömür həmişə coşquyla dolar.
***
Vallah sevgi gücdür,qüdrətdir
Səni sən edən bir həqiqətdir
Hər çətin, keçilməz, yoxuşlu yolda,
Mətinlik göstərən bir məharətdir.
***
Gerçək sevgini tapdıqda əgər
Sınayın ondakı böyük hikməti
Qorxunu, hürkünü hər əlaməti,
Gündüzə çevirər gecə zülməti.
***
Sevgidə uğur, irəliləyiş var
O mayak kimi işıq da saçır.
Sevgidə xeyir, bərəkət də var,
Həyat yollarında çiçəklər açır.
***
Sevgisiz bir ilə yaşasa insan,
Ömür xəzəl olub quruyar inan
Dərindən ah çəkib yıxılar bir gün,
Qoca palıd kimi sevgisiz insan.
Facebook Comments