Yuxusuzluq

Yuxusuzluq – nəinki pis yatmaq, tam yatmamaq, yuxuya çətin getmək deməkdir. Yuxusuzluq və ya yuxunun pozulması hamının başına gələ bilən problemdir.

Səbəbləri:
– Münasib olmayan şərait, səs-küy, isti-soyuq, çox bərk və ya çox yumşaq çarpayı
– həyat tərzini dəyişmək, səyahətlər, yeni mənzilə köçmək
– evdə və ya işdə stress vəziyyət
– ağrıya səbəb olan xəstəliklər, nəfəsalmanın çətinləşməsi, tez-tez sidik ifrazına çağırışlar
– narahatlıq-depressiya
Simptomları:
Əgər bu problem ildə 1-2 dəfə baş verirsə narahat olmağa dəyməz, bu problem öz-özünə həll ola bilər. Əgər bu problem keçmirsə, həkimə müraciət etmək lazımdır.
Siz nə edə bilərsiniz:
– Gecələr spirtli içkilər qəbul etməyin, qəhvə, şokolad, çay istifadə etməyin.
– Tərkibində kofein olan dərmanlar qəbul etməyin
– Yuxudan qabaq çox yeməyin
– Yuxudan 1-2 saat qabaq vanna qəbul edin
– Yaxşı yuxu üçün döşək sıx və rahat olmalıdır.
– Yuxudan əvvəl bir az kitab oxuyun
– Qorxulu filmlərə baxmayın
Həkim nə edə bilər:
Həkim çalışıb problemi dərmansız həll etməlidir. Mümkün olmadıqda işə həkim yuxu gətirən dərmanlar təyin edir.Milli.Az

Facebook Comments