“Yuventus”dan ardıcıl 8-ci çempionluq – rekord

“Yuventus” İtaliya A seriyasında növbəti oyununu keçirib.

Sozcu.az-ın məlumatına görə, Turin klubu 33-cü turda “Fiorentina”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

“Yuventus” – “Fiorentina” – 2:1
Qollar: Milenkoviç, 6 (0:1), Aleks Sandro, 37 (1:1),Pezzella, 53-avtoqol (2:1)

Bu qələbə ilə xalını 87-yə yüksəldən Massimiliano Alleqrinin komandası ən yaxın izləyicisi “Napoli”ni 20 xal qabaqlayıb və turnirin bitməyinə 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Bununla da, Turin təmsilçisi ardıcıl 8-ci, ümumilikdə isə 35-ci dəfə ölkə çempionu olub. Bu isə hər iki göstəricidə İtaliya rekordudur.(Qol.az)