“Yuventus” yaxşıdır, yoxsa “Real”?

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Yuventus”la qarşılaşacaq “Ayaks”ın baş məşqçisi Erik ten Haq matçdan əvvəl açıqlama verib.

Sozcu.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, “qoca sinyora”nın turnirin 1/8 final mərhələsində mübarizədən kənarlaşdırdıqları “Real”dan daha yaxşı komanda olduğunu deyib:

“Mövsümün əvvəlində heç kim bizim Çempionlar Liqasının 1/4 final mərhələsində oynayacağımızı gözləmirdi. Amma komandamız nəhənglərlə mübarizə aparacaq qədər irəlilədi. Biz özümüzə və yaxşı nəticələrə inanırıq. “Yuventus”a qarşı da bu düşüncələrlə oynayacağıq. “Yuventus” “Real”dan daha yaxşı, daha hazırlıqlı komandadır.

İlk matçda yaxşı oyun göstərdik, bu dəfə də eyni işi görməliyik”.

“Yuventus” – “Ayaks” matçı bu gün, saat 23:00-da başlayacaq.(Komanda.az)