“Yuventus” Türkiyə millisinin üzvünü transfer etdi-Foto

“Yuventus” Türkiyə millisinin üzvü Merih Demiralı transfer edib.

Sözcü.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Qoca Sinyora” bu transfer üçün  “Sassuolo”ya 18 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, M.Demiral ötən mövsümün qış fasiləsində “Alanyaspor”dan İtaliya klubuna keçmişdi.