“Yuventus” 100 milyon istəyir – Pyaniçə görə

“Yuventus” “Real”ın Miralem Pyaniçin transferi ilə bağlı etdiyi 86 milyon avroluq təklifi qəbul etməyib.

Sozcu.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Turin klubu bosniya və herseqovinalı yarımmüdafiəçiyə görə 100 milyon avro tələb edir. “Qoca sinyora”nın 28 yaşlı futbolçu ilə yeni müqavilə bağlamaq və onun məvacibini artırmaq barədə də düşündüyü bildirilir.

Qeyd edək ki, Pyaniçin “Yuventus”la hazırkı sözləşməsinin müddəti 2023-cü ilin yayına qədərdir.(Qol.az)