Yunkerdən Şərq Tərəfdaşlığına çağırış: Son qoyun!

Avropanın şərqində münaqişələrə son qoyulmalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Şərq Tərəfdaşlığı konfransının açılışında çıxışı zamanı Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker deyib.

“Şərqi Avropanın müxtəlif ölkələri arasında mövcud olan ikitərəfli münaqişələrə son qoymaq vacibdir. Dondurulmuş olsun və ya olmasın, münaqişələrin başa çatması, Avropanın yaxın qonşuluğunda sülh olması gərəkdir”, – Yunker bildirib.

Yunker Şərq Tərəfdaşlığının Avropa Birliyinin 6 şərq qonşusu – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın quruma yaxınlaşmasına yönəlmiş AB-nin siyasi təşəbbüsü olduğunu qeyd edib.(Axar.az)