Yunanıstanda parlament seçkiləri keçirilir – Yeniləndi

Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Sozcu.az xəbər verir ki, seçkinin ilk dəqiqələrində ölkə üzrə seçici fəallığının aşağı olması müşahidə edilir.

Ölkə üzrə ümumilikdə 9.9 milyon nəfərin səsvermə hüququna sahib olduğu və ilk nəticələrin axşam 21:00-da açıqlanacağı qeyd olunub.

Ekzit-polların ilkin nəticəsinə əsasən Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində müxalif “Yeni demokratiya” Partiyası 40.5 faiz səslə liderlik edir. Hakim SİRİZA Partiyası 27.5 faiz səs toplamağı bacarıb.