Yunanıstan tarixində ilk: Qadın prezident seçildi

Yunanıstanın hakim Yeni Demokratiya Partiyasının namizədi Aykaterini Sakellaropulu ölkənin ilk qadın prezidenti olub.

Sozcu.az xəbər verir ki, Sakellaropulu yeganə namizəd kimi qatıldığı seçkinin ilk turunda parlamentdə 294 millət vəkilinin 261-nin səsini alıb.

Yunanıstan qanunlarına görə, millət vəkilləri prezident seçkisində “xeyr” səsindən istifadə edə bilməz.

Beləliklə, ölkənin ilk qadın prezidenti olan Sakellaropulu hazırkı dövlət başçısı Prokopis Pavlopulosu martın 13-də əvəz edəcək.

Facebook Comments