YPG Türkiyəyə hücum etdi: yaralılar var

PKK/YPG terror qruplaşması Suriyanın Tel Abyad bölgəsindən Türkiyənin Şanlıurfa vilayətinin Ağcaqala mahalındakı nəzarət-buraxılış məntəqəsini minaatanlarla atəşə tutub.

Sozcu.az xəbər verir ki, hücum nəticəsində 4 türk əsgəri yaralanıb.

Yaralı əsgərlər əvvəlcə Ağcaqala Dövlət Xəstəxanasına, daha sonra isə Şanlıurfanın mərkəzinə aparılıb.

YPG-çilərin hücumundan sonra Türkiyə ordusu terrorçu hədəflərinə haubitsalarla cavab zərbəsi endirib.

Facebook Comments