YPG Suriyada bunu da edir – Təzyiq

Suriyanın şimal-şərqini nəzarəti altında saxlayan YPG-nin yerli sakinlərə qarşı təzyiqi davam edir.

Sozcu.az xəbər verir ki, bu barədə Suriya hökumətindəki mənbələrdən məlumat verilib. Belə ki, YPG terrorçuları yerli sakinləri taxılı ucuz qiymətə satmağı tələb edir.

Bundan əlavə, qeyd edilir ki, yerli camaatın taxılı Suriya hökumətinə satmasına qadağa tətbiq edilib.(Axar.az)