Yol polisi rüşvəti belə alır – Video

Bakıda Yol Polis əməkdaşının yolu düz keçməyən piyadaları saxlayaraq, onlardan rüşvət almasını əks etdirən görüntülər yayılıb.

Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Yol Polisi əməkdaşı yolu səhv keçən 2 nəfər gənc piyadanı saxlaması əks olunub. Daha sonra həmin gənclər yol polisinə 10 manat pul verərək, ərazidən uzaqlaşırlar.

Həmin görüntüləri təqdim edirik: