Yıldız Tilbe onlayn konsert verəcək – Bilet 10 manatdır

Müğənni Yıldız Tilbe də 2021-ci ilə qazancla başlayan ifaçılardan oldu.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, sənətçi onlyn platformada verəcəyi konsert üçün 150 min lirəlik ( 34 min 170 manatlıq ) müqavilə imzalayıb.

İfaçının repertuarından müxtəlif mahnıları səsləndirəcəyi musiqi proqramı 90 dəqiqə davam edəcək. Konsertin bilet qiyməti 40 lirədir ( təxminən 10 manatdır ).

Yıldız fevralın 14-də musiqisevərlər qarşısına çıxacaq.

Facebook Comments