Yığdıqlarınızısalamat yeyin, Elmira Süleymanova, Akif Əlizadə!

Onsuz da sizə “bura say söyüb-söydürüb , döyüb-döydürübaldıqlarını” deyilməyəcək

Elmira xanım Süleymanovanın da 15 illik insan hüquq(suzluq)larımüvəkkilliyinə son qoyuldu. AMEA prezidenti Akif Əlizadənin 6 illik “elm taxt-tacı”nason qoyulduğu kimi yaş həddini keçmək öz sözünü dedi. 82, 85, 90 yaş alim üçün nədir ki? Yenə bir institutdan -universitetdən “tapıb” işlər çözmək olar. Necə ki, Akif Əlizadə AMEA İşlər İdarəsini elmi işçilərə mənzil bölgüsü işləklərinəbulaşdırıb, sürücülərinin də adına hərəyə 4-5 sahəsi yüzlərlə kvadratmetri keçən mənzillərə yiyələnib ! Qarabağda döyüşlərdə olanda elmlər doktoru həyat yoldaşı iki körpə uşaqla  AMEA yataqxanasından çıxarılan elmi işçi Qarabağ əlilinə isə mənzil əvəzinə quru söz verilir..Mərhum AMEA prezidenti, akademik Mahmud Kərimovun köməkçisinə müraciət edəndən 3 gün sonra əməkdaşı şəxsən qəbul edib, dinləyib, qapıya kimi yola salırdı. Akif Əlizadəyə 3 il müraciət edilsə də, köməkçisi işlər idarəsinin prezidentin vəzifəsini icra etdiyini bildirib qəbula qadağa qoydu. Yeni AMEA prezidenti, hələ ki, kölgədə qalan işlək elm adamlarını görəvləndirir ki, bu da rəğbətlə qarşılanır. Ombudsman Elmira xanım Süleymanovaya müraciətə heç cavab verilmədi. Ombudsmanhamını insan saymırdı a!Xırda məişət problemlərinin çözülməsində göstərdiyi müvəkkilliyi də hamıya sərgiləmirdi. Ümumiyyətlə, bizdə Ombudsmanın müvəkkilliyi hansısa qurumun ikinci-üçüncü dərəcəli əməkdaşına məktub göndərib aldığı qanunsuz cavabı “müvəkkili”nəünvanlamaqdan o yana keçməyib. Görək, yeni gələn ombudsmanhüquqçu olacaq, nəsədəyişəcəkmi?

Gələndə ümidli olduq, “xöşgəldin” elədik, gedirsiniz, yığdıqlarınızı salamat yeyin! Onsuz da, Mirzə ƏləkbərSabirin camaatının Zilli Sultana dediyini sizə deyən olmayacaq :

“Zilli Sultan, bura saydöydürüb aldıqlarını!

Söyüb aldıqlarını, söydürüb aldıqlarını!”

Məğrur Bədəlsoy

Facebook Comments