Yerli əhalinin səyləri nəticəsində Çaldıran və Avacıq bölgələrinin Türk dilində adları bərpa olunur

Yerli əhalinin səyləri nəticəsində Çaldıran və Avacıq bölgələrinin Türk dilində adı geri qaytarılır

Yerli əhalinin təlaşları nəticəsində Çaldıran və Avacıq bölgələrinin Türk dilində adı geri qaytarılır.

Ötən illər ərzində İran rejiminin məsul şəxsləri Türk düşmənliyi məqsədilə Türk dilində olan Çaldıran adını fars dilində Siyahçeşməyə, Avacığı isə Dəştəkə dəyişdiriblər.

Bu gün məsələ ilə əlaqədar Çaldıran rayonunun icra hakimi Həsən Məhəmmədzadə bildirib ki, ölkənin ərazi- inzibati bölgüsünün adlarının dəyişdirilməsi ilə bağlı müraciətləri qəbul etmək və araşdırmaq icra hakimiyyətinin səlahiyyətləri çərçivəsindədir. Bu səbəbdən Çaldıran rayonunun icra hakimiyyətində müvafiq tapşırıqa əsasən, müraciətlərin araşdırılması üçün xüsusi komitə yaradılıb.

Onun sözlərinə görə, hər iki şəhərin tarixi Türk adlarının yenidən geri qaytarılması prosesi keçən ildən etibarən icra hakimiyyətinin “bölgələrin adlarının təyin edilməsi işçi qrupu” tərəfindən başladılıb. Adların geri qaytarılması ilə bağlı keçirilmiş çoxsaylı iclaslardan sonra cari ilin iyul ayının 1-də bu xüsusda qərar qəbul edilib və lazım olan addımların atılması üçün əyalətin müvafiq qurumlarına göndərilib.

İcra hakimiyyətində yerləşən həmin işçi qrupu təkliflərin qanuni şəkildə araşdırılması işinə baxır. Buna görə də, hörmətli vətəndaşlar çəkinmədən istəklərini şəhər və kənd şuraları vasitəsilə əlaqəli şöbələr və icra hakimiyyətinə ünvanlaya bilərlər”, – deyə Həsən Məhəmmədza əlavə edib.

Xatırladaq ki, yerli əhalinin səyləri nəticəsində ötən günlər ərzində Mərəndin 3 kəndinin tarixi Türk adlarının yenidən təyin edilməsi ilə bağlı qərar bu rayonun icra hakimiyyətinin adlandırma üzrə işçi qrupu tərəfindən qəbul edilib. Bununla da,

İranda Türklərin tarix və kimliyini inkar etmək məqsədilə Türk dilində olan bölgələrin adlarının dəyişdirilməsi prosesi Pəhləvilər sülaləsinin hakimiyyəti dövründən başlayıb və hələ də davam edir.

Son illər ərzində Güney Azərbaycan Türkləri arasında milli özünüdərk düşüncələri daha da dirçəldiyindən, onlar məsullara təzyiq göstərərək tarixi Türk adlarının bərpa olunmasına çalışırlar.

Facebook Comments