Yer kürəsi asteroid zərbəsi ilə qarşılaşacaq

“ABŞ-da Prezident seçkilərindən bir gün əvvəl Yerə soyuducu böyüklüyündə asteroid düşə bilər”.

Sozcu.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı astrofizik Neil DeGrasse Tayson iddia edib.

Onun sözlərinə görə, “Asteroid 2018VP1” adlandırılan kosmik daş saatda 25 min mildən çox (təxminən, saatda 40,2 min kilometr) sürətlə palnetimizə doğru irəliləyir.

Asteroidin Yer kürəsinə zərər verəcək qədər böyük olmadığını deyən alim zarafatla qeyd edib ki, “deməli, dünyanın sonu 2020-ci ildə gəlsə, kainatın günahı olmayacaq”.

Qeyd edək ki, sözügedən asteroidin noyabrın 2-də Bakı vaxtı ilə təxminən 19.33-də Yerə minimum məsafədə yaxınlaşacaq. Astronomların fikrincə, göy cismi Yer kürəsindən 384 min kilometr aralı keçəcək. Asteroidin Yer atmosferinə girmə şansı 0.41 faizdir.

Xatırladaq ki, “Asteroid 2018 VP1” ilk dəfə 2018-ci il noyabrın 3-də kəşf edilib. O, Apollon qrupuna – Yerin orbitini keçən asteroidlərə aiddir.

Məlumat üçün bildirək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Bir çox ştatlarda erkən səsvermə artıq başlayıb.APA

Facebook Comments