Yeni Zelandiyanın Baş nazirindən ləyaqətli jest

Yeni Zelandiyanın Baş naziri Jasinda Adern məscidlərə terror hücumu ilə əlaqədar ölkə əhalisinə müraciət edərkən müsəlmanlara səmimiyyət və həmrəylik əlaməti olaraq jurnalistlərin qarşısına başı bağlı çıxıb.

Ardern deyib: “ Bu hücum dəyərlərimizə heç bir şəkildə təsir edə bilməz. Bizim qürurlu vətəndaşlarımız 160 dildə danışan 200-dən çox millətdən ibarətdir. Bu fərqlilikdə ümumi dəyərlərə sadiqik; – bu günün ən vacib olanı bu faciədən təsirlənən bütün insanların dəstəyidir. İkincisi, biz bunu edənlərin ideologiyasını qınayırıq.”

Yeni Zelandiyanın daxili işlər naziri isə çıxışına “Allahın adı ilə və Peyğəmbərə, ailəsinə Allahın salamı olsun,- deyərək başlayıb.

O, sözlərini yenə də müsəlmanların ifadəsi ilə bitirib: – “Sizə təşəkkür edirik! Maşallah!”

49 nəfərin qətli ilə nəticələnən silahlı basqın Yeni Zelandiyadakı Xristçörç şəhərindəki iki məsciddə baş verib. Hücumdan dərhal sonra sakinlərdən küçəyə çıxmamaq istənilib, dövlət qurumları və ölkədəki məscidlər bağlanıb.

Hücum edənlərdən biri Brenton Tarrant hadisədən əvvəl 74 səhifəlik miqrantlara nifrət ifadə edən bir bildiriş yazaraq terrora çağırış edib. Törətdiyi hadisənin internetdə video yayımını aparıb. Polis insanlardan videonu yaymamağı xahiş edib.

Heybət Əmrah

Bastainfo.com