“Yeni qurultay olacaq. ReAl parlament seçkilərinə gedəcək” – ERKİN QƏDİRLİ

“Azər Qasımlının ReAl-dan getdiyinə dair yazılar (məqalələr, statuslar, şərhlər və s.) yalandır. Bununla bağlı gözləntilərin də gerçəkliklə əlaqəsi yoxdur. Azər bəy ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. Hərçənd, mən onun belə bir qərar verəcəyini gözləmirəm və arzulamıram. Azər Qasımlı ReAl üçün çox önəmli və dəyərli adamdır. Onun getməsi ReAl üçün böyük itki olacaq, odur ki, ReAl-da bunu kimsə istəmir”

Sozcu.az xəbər verir ki, bunu ReAL Partiyasının qurucularından olan Erkin Qədirli deyib:

ReAl üzvləri, o cümlədən onun rəhbər qurumlarında olanların arasında ziddiyyət varmı? Var! ReAl-ın özəlliyi də ondadır – ziddiyyətlər üzərində qurulub. ReAl-ın rəhbər qurumlarında olanların arasında həm düşüncə, həm xasiyyət uyğunsuzluğu var (ara-sıra üzə çıxır). Belə şeylərə alışmayanların ReAl-ın buna görə parçalanacağını gözləməsi, bununla bağlı dedi-qodu yayması əbəsdir.

2014-cü ildə mən ReAl-ın məclis başqanlığından çıxarılanda, çoxları sevincək olmuşdu. “ReAl dağılır”, “Erkin ReAl-dan gedir” sayağı yazılar, telekanallarda bununla bağlı “xəbərlər” getmişdi. Elə bildilər ki, mən küsüb gedəcəyəm, ReAl-a qarşı danışmağa başlayacağam və s. Odur ki, Azər Qasımılıyla bağlı belə dedi-qoduların olması məni təəccübləndirmir. Hərçənd, məndən fərqli olaraq, Azər bəy vəzifəsindən çıxarılmayıb, Məclis qərarının mənası (məqsədi) tamam başqadır.

Yeni qurultay olacaq. ReAl parlament seçkilərinə gedəcək”.

Sozcu.az 

Elşən Əlisoy