“Yeni layihə ilə telekanallara müraciət etməmişik” – Tahir İmanov

“Telekanallar maraqlı olsa, efirdə verilişlərimizi bərpa edə bilərik”
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov deyib. O bildirib ki, hələki teləkanallarda qadağa müddətində keçirtdiyimiz konsertlər yayımlanır.

“Artıq televiziyaların yayım mövsümü bitməkdədir. Lakin yeni mövsümdə kanallar bizimlə işləməkdə maraqlı olarsalar, təbii ki, işləyərik. Hələki hər hansı yeni layihə ilə telekanallara müraciət etməmişik”.

Yeni filmlərdən danışan aktyor açıqlamasına bunları da əlavə edib:

“Qadağalarla bağlı biz fəaliyyətimizi ölkə xaricinə çıxartdıq. Bu haqda mən ölkə başçısı ilə görüşdə də bildirmişdim. Bizim xaricdə yeni istehsalımız başlayır. Layihənin çəkilişləri Bakıda yox, başqa ölkədə baş tutur (ölkənin adını demir). Bu layihələr ölkəmiz üçün nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Prezidentlə görüşdə “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov özəl telekanallar tərəfindən onlara qoyulan qadağanı prezidentin diqqətinə çatdırmış, dövlət başçısının reaksiyası belə olmuşdu:

“Sizə kim qadağa qoyub? Sizə heç kim qadağa qoya bilməz! Kim qoyubsa, deyin, biz o qadağanı aradan götürək”.

Sozcu.az