Yeni hərəkat elan olundu – TƏQDİMAT

“Milli Demokratik (Xilas) Hərəkatı” ictimai müzakirə platforması.
TƏQDİMAT

Əziz dostlar, dəyərli həmvətənlər!

Biz, Milli Azadlıq Hərakatının iştirakçıları olmuş ictimai-siyasi statuslu şəxslər, vətənimizə qarşı xarci təcavüzləri, daxili siyasətdəki təhlükəli tendensiyaları və eləcə də beynəlxalq vəziyyəti təhlil edərək o qənaətə gəldik ki, bütün problemlərdən xilasımız və inkişafımız xalqın toparlanaraq öz iradəsini ortaya qoymasından asılıdır.
Dövlət çevrilişı ilə nəticələnən 1993-cü il 4 iyun hərbi qiyamı milli dövlətçiliyimizin forma və məzmununu dəyişib. Ölkədəki siyasi, ictimai təşkilatlar milli hakimiyyətin bərpası üçün fərqli çabalar etsələr də, hələ ki buna nail ola bilinməmişdir.
Əsas xarici və daxili səbəblərdən bəzilərini bu ardıcıllıqla sıralamaq olar:
a) Ermənistanın öz havadarı Rusiya imperiyasının dəstəyi, təhriki ilə işğalçılıq siyasəti aparması, Rusya Federasiyası və İran İslam Respublikasının Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilməməsi;
b) Qiyamla hakimiyyətə gəlmiş rejimin antixalq mahiyyəti, səriştəsiz daxili və xarici siyasəti;
c) Xalqimizin böyük kəsiminin milli dövlətçilik məfkurəsinə tam yiyələnməməsi, milli dövlətçilik prinsiplərinin qorunması naminə birləşə bilməməsi və s.və i.
Hesab edirik ki, ilk iki səbəbi maksimum zərərsiz etmək üçün üçüncü amilin ustundə durmalı və milli dövlətçilik məfkurəsi daha çox insanımıza- vətəndaşımıza catdirilmalidir. Bu səbəbdən, milli hərəkatda yetişmiş təcrübəli nəsil və milli dövlətcilik ruhunu mənimsəmiş gənclərdən ibarət dostlarla uzun zaman müzakirələr, dartışmalar, məsləhətləşmələr apardıqdan sonra yekdil rəy birliyi ilə tam müstəqil “Milli Demokratik(Xilas) Hərəkatı” başlatmaga qərar verdik.
Əsas hədəfimiz Azerbaycanda milli dövlətciliyimizin bərpa edilməsi, demokratik seçki yolu ilə milli hakimiyyətin formalaşdırılması, bölgədə və dünyada sözü keçən qüdrətli dövlətə cevrilmək, xalqimizin rifahının yüksəlməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, Millət-Dövlət bütovlüyünə, azad Avropa ailəsinin tam hüquqlu üzvlüyünə nail olmaq istiqamətində gedən prosesə dəstək verməkdir.
Milli dövlətçiliyi özünün əsas ideoloji və fəaliyyətinin qayəsi elan edən və buna əməl edən istənilən siyasi, siyasi-ictimai, ictimai təşkilatların üzvləri, eləcə də ayrı-ayrı fərdlər milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq “Milli Demokratik (Xilas) Hərəkatı”na qoşula bilərlər.
Siyasi hakimiyyətə iddialı deyilik, müxalif siyasi və ictimai təşkilatların fəaliyyətlərini təftiş etmirik, siyasi xadimlərin, siyasi və ictimai fəalların fəaliyyətlərinə qiymət vermirik. Bununla yanaşı dövlət və dövlətçiliyimiz əleyhinə olan bütün fəaliyyətlərə qarşı duracağımızı bəyan edirik.
Bir daha xüsusi vurğulayırıq ki, “Milli Demokratik (Xilas) Hərəkatı” ictimai müzakirə platformasıdır və yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq milli-demokratik-hüquqi dövlətciliyin əsaslarını dərk və qəbul edərək mənimsəmiş hər kəsə açıqdır, platformada bərabərhüquqlu fəaliyyət uçün heç bir məhdudiyyət yoxdur.
İlkin hədəflərimiz:
-Xarici təcavüzə qarş xalqı təşkilatlandırmaq
-Xarici təcavüzün daxildəki uzantılarına qarşı milli birliyin təmin edilməsi
-Ölkədə demokratik mühutin yaradılmasına nail olmaq,
-Hakimiyyətin demokratik yollarla formalaşmasını təmin etmək
Xalqımıza və dovlətimizə xeyirli-uğurlu olsun!

Dərin sayğılarımızla MD(X)H-nin Təşəbbüs qrupu üzvləri:
Aydın Bayram – Milli Azadlıq Hərəkatının iştirakçısı ictimai xadim,
Bəybala Əbil – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Qaradağ RİH-nin sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olmuş.
Elxan Nuriyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Qubadlı RİH-nin sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim.
Eynulla Qara – Milli Azadlıq Hərəkatının iştirakçısı, Ucar RİH başçısının sabiq I müavini, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olmuş.
Əli Quluyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, Bakı şəhəri, Nəsimi RİH-nin sabiq başçısı, ictimai xadim, AXC Ali Məclisinin üzvü olmuş.
Əlövsət Sadıqlı – Milli Azadlıq Hərəkatının iştirakçısı, ictimai xadim, hüquq müdafiəçisi, AXC Təşkilat Şöbəsinin əməkdaşı olmuş.
Fəhmin Haçıyev – Milli Azadlıq Hərəkatının iştirakçısı, 1992-93 cü illərdə AR DİN Daxili Qoşunların komandanı, 1994-2004 cü illərdə siyasi məhbus, içtimai-siyasi xadim. AXC Ali Məclisinin üzvü olmuş.
İlham Həsən – Milli Azadlıq Hərəkatının iştirakçısı , Kəlbəcər RİH-nin sabiq başçısı, Qarabağ qazisi, ictimai xadim, AXC Ali Məclisinin üzvü olmuş.
Pənah Məmmədzadə – Milli Azadlıq Hərəkatının iştirakçısı ,Göygöl RİH-nin sabiq başçısı, ictimai xadim, AXC Gəncə şəhər şöbəsi İH-nin sədr müavini olmuş.

Facebook Comments