Yeni “Batman” o olacaq

“Warner Bros” film şirkəti “Batman” obrazını oynayacaq aktyorun adını açıqlayıb.
Sozcu.az xəbər verir ki, uçan yarasa paltarını bu dəfə Robert Pattinson geyinəcək. Kastinq zamanı Nikolas Holt və Robert sona qalıb. Aktyor həmkarını keçərək, böyük obrazı almağa nail olub.

Layihənin rejissoru Mett Rivz olacaq. Yeni “Batman” 2021-ci il iyunun 25-də təqdim ediləcək.(Axşam.az)