“Yaraşıqlı kişilər məni ürküdür” – Nəsrin Cavadzadə-Foto

“Mən Xaviyer Bardem kimi kişiləri bəyənirəm: çirkin amma cazibədar, seksual amma çox gözəl olmayan. Yaraşıqlı kişilər məni ürküdür”.

Sözcü.az  xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Nənəm deyərdi ki, kişi meymundan bir az fərqlənməlidir. O, mənim qulağıma sırğa olub. Çünki babam çox yaraşıqlı idi. Qadınlar ondan əl çəkmirdi. Nənəm isə yəqin ki, buna görə bu sözü deyirdi” deyə, sənətçi qarşı cins haqda fikirlərini dilə gətirib.

Sənətçi qısqanclıq hisslərindən də söz açıb:

“Sevgilim məni az da olsa qısqanır. Sosial insansınızsa, çox adamla təmas qurmalısınız, hər kəslə mehriban olmalısınız. Bunlar da qısqanclığa rəvac verir. 19-20 yaşımda çox qısqanc idim. İnsanlara güvənmirdim. Böyüyəndən sonra qısqanılacaq bir şeyin olmadığının fərqinə vardım. Qısqandığımı həmin adama bəlli edərdim. Çox suallar verirdim. Sonra isə özümə gəldim”.

Sosial media hesabında paylaşdığı fotolarla tez-tez gündəmə gələn Nəsrin bundan narahat olmadığını bildirib:

“Aktrisalıq vaxtımı çox almasaydı, modellik edərdim. Libasları nümayiş etdirməyi, paltarlar və onları daşıya bilən insanları sevirəm. Sosial medianı sevərək istifadə edirəm. Sənətçilər çox vaxt sosial medianı məcbur olduqları üçün istifadə etdiyini deyir, lakin mən onlardan deyiləm. Səhifəm mənim vitrinimdir. Ona görə də çalışıram ki, doğru şəkildə istifadə edim”.

Nəsrin hazırda rol aldığı işlərdən də danışıb:

“Yasak elma” serialında çəkilirəm, eyni zamanda “Aşk tesadüfleri sever 2” filmində rol alıram. Ötən gün FOX TV-nin tanıtım çarxında çəkilişə dəvət etdilər. Bu işlər çox olsa da, mən hər şeydən zövq alıram”.

Aktrisa bütün dünyada maraqla izlənilən “La Casa De Papel” serialında rol alması ilə bağlı çıxan xəbərlərdən də danışıb:

“Bu suala çox cavab verdim ancaq ki, jurnalistlər nədənsə yazmağa üstünlük verməyib. Ötən il İspaniya istehsalı olan “El Desentierro” adlı filmdə rol aldım. O filmin iki baş rol aktrisasından biri idim. Festival üçün çəkilmişdi. Həmin dönəmlər prodakşn ispanların olduğu üçün “La Casa De Papel” üçün də sınaq çəkilişləri etdim. Amma mənim İngiltərədə, Bosniya-Herseqovinada da çalışdığım agentlik var. Dörd dil bilən aktrisayam. Bir ay içində bir neçə layihə üçün sınaq çəkilişləri edirəm. Türkiyədə bu serial çox populyar olduğu üçün sanki həmin layihəyə təsdiqlənmişəm kimi xəbərlər yazıldı. Halbuki sınaq çəkilişlərinə qatılmışdım. Obrazımın isə Türkiyə ilə əlaqəsi yox idi. Hər tərəfə çəkilə biləcək tipajdayam: həm türk, həm azərbaycanlı və sairə”.

N.Cavadzadə fit bədən quruluşuna malik olması barədə suallara da cavab verib:

“Həftənin altı günü idmanla məşğul oluram. Şəkər və un məhsullarından istifadə etmirəm. İllərdir plov belə yemirəm. Hətta paxlakimilər fəsiləsindən də çox az qidaya üstünlük verirəm. Ancaq dediklərim bir tövsiyə deyil. Çünki bu, mənim qidalanma formamdır. Həkimlərin, idman müəllimimin tövsiyyəsidir. Başqa insanlarda heç bir reaksiya verməyə bilər. Ən çox balıq, nadir hallarda isə kabab və lahmacun yeyirəm”.\Axşam.az\