Yaponiya Putini mötəbər turnirə dəvət etdi

Yaponiya Milli Olimpiya Komitəsi Rusiya Prezidenti Vladimir Putini 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına dəvət edib.

Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyinə Yaponiya Milli Olimpiya Komitəsinin sədrinin köməkçisi Nobuyuki Asayi danışıb.

“Putinə dəvət göndərmişik. Əlbəttə ki, onu Tokioda gözləyirik”, – o bildirib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyulunda başlayacaq.(Axar.az)