Yanacaqdoldurma məntəqəsinə girdi, 1 milyon qazandı

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində yanacaqdoldurma məntəqsinə girən kişi cekpot qazanıb.

Sozcu.az xəbər verir ki, Stiven Floyd adlı şəxs benzinin pulunu verdikdən sonra ani lotereya bileti alıb. Bəxtini sınayan kişi 1 milyon ABŞ dolları qazanıb.

Lotereyanın saytında verilən məlumata görə, S. Floyd əsas uduşlardan birinə sahib olub. O, vergiləri ödədikdən sonra nağd məbləğlə evə dönüb.(Milli.az)