“Ya bizə xərac verin, ya da…” – Qarabağda qiyam!

Koronavirusun Ermənistanda onsuz da acınacaqlı olan sosial-iqtisadi durumu daha da ağırlaşdırdığı erməni mediasında yer alan çoxsaylı xəbərlər sırasındadır.

Sozcu.az xəbər verir ki, pandemiyanın iflic hala saldığı Ermənistan iqtisadiyyatının aqoniya vəziyyətinə düşməsi Qarabağda, Azərbayanın işğal edilmiş bölgələrində məskunlaşdırılan ermənilərin sosial durumunun daha da gərginləşməsinə səbəb olub.

Qarabağda ağır şərtlər altında yaşadıqlarını, illər uzunudur ki, hər cür məhrumiyyətə dözmək məcburiyyətində qaldıqlarını bildirən ermənilər, rəsmi İrəvana yönəlik tələblər səsləndirməkdədir. Bu tələblərdən biri Qarabağda yaşayan ermənilərə “xəracın” verilməsi ilə bağlıdır. Nə qədər qəribə olsa da, Qarabağ erməniləri İrəvandan öz rifahlarını yüksəltmək üçün hansısa sosial yardım yox, məhz xərac tələb edir.

Işğaldakı torpaqlarda məskunlaşan ermənilərin fikrincə, Ermənistanda məskunlaşanlar öz təhlükəsizliklərini, sosial rifahlarını uzun illərdir ki, Qarabağdaı ermənilərin məhrumiyyətləri hesabına təmin etməkdədir. Məhz buna görə də, İrəvanın Qarabağdakı ermənilərə xərac verməsi onlar tərəfindən zəruri hesab olunur.

İrəvanın bu tələbi gözardı edəcəyi təqdirdə Qarabağda qiyamın baş qaldıracağı, Ermənistanın Qarabağ erməniləri üzərində nisbi nəzarəti də itirəcəyi ehtimal edilir.

Mütəxəssislər isə hesab edir ki, bu gün öz ordusunun ərzağa olan tələbatını belə ödəmək iqtidarında olmayan Ermənistanın Qarabağdakı ermənilərə hər hansı formada ciddi dəstək göstərməsi mümkün deyil. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Qarabağda “aclıq qiyamlarının” baş qaldırması, İrəvanla Xankəndi arasındakı qarşıdurmanın yeni mərhələyə daxil olması ehtimalı olduqca böyükdür.moderator

Facebook Comments