Xuanfranın yeni klubu – rəsmi

“Atletiko”dan ayrılan Xuanfranın yeni klubu müəyyənləşib.

Sozcu.az-ın xəbərinə görə, 34 yaşlı müdafiəçi karyerasını “San-Paulo”da davam etdirəcək. Bu barədə Braziliya təmsilçisinin saytı məlumat yayıb.Onunla 2020-ci ilin dekabrına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Xuanfran bu ilin yayında Madrid klubundan ayrılıb.(Qol.az)