Xoşqədəm Hidayətqızı Hüquq – mühafizə orqanlarına çağrılaraq SAXLANILDI – Nərminin ölümü ilə bağlı ŞOK GƏLİŞMƏ

Son günlər 10 yaşlı məsum Nərminin qətli cəmiyyətdə müxtəlif səpkilərdə müzakirəgeniş vüsət alıb.

İxa.az bildirir ki, xüsusilə Nərmin Quliyevanın qətlə yetirilməsində Xoşqədəm Hidayətqızının ciddi şəkildə rolu olduğu iddiaları ortaya atılıb.

X. Hudayətqızı verilişlərin birində Nərmini oğurlayana səslənərək deyir “Sənə söz verirəm ki, anonimlik qorunacaq. Anonimliyə yüz faiz zəmanət verirəm. Özüm gedib həbs olunaram, amma səni ələ vermərəm”.

Qeyd edək ki, Verilişdə səslənən bu sözlər bilavasitə cinayətkarla işbirliyinə cəhddir, cinayətkarı işbirliyinə çağırmaqdır. Çünki jurnalistin yalnız informasiya mənbəyinin anonimliyini qorumaq hüququ var, cinayətkarla işbirliyinə girmək, onun anonimliyini təmin etmək isə cinayətdir.Böyük ehtimalla Hidayətqızının bu çıxşı, qatil tərəfindən də izlənib, istintaqa mane olub, jurnalist öhdəlik və hüquqlarını aşan hərəkətlər edib və Nərminin qətlində bilavasitə rol yonayıb.

İxa.az xəbər verir ki, sosial şəbəkələrdə, eləcədə saytlarda yayılan bu iddia və mühakimələr Xoşqədəm Hudayətqızının da hüquq – mühafizə orqanlarına çağrılmasına səbəb olub. İddialara görə X. Hudayətqızı ifadə vermək üçün çağrılaraq saxlanılıb.

Bldirək ki, yayılan məlumatı dəqiqləşdirmək üçün Xoşqədəm xanımla əlaqə saxlaya bilmədik..

Sozcu.az

Facebook Comments