Xoruza gecələr banlamağı qadağan etdilər

İsveçrənin Sürix bölgəsində üç ailə evində xoruz və toyuqlar saxlayan qonşularını məhkəməyə verib.

Sozcu.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, ev quşları saxlayan ailəyə qarşı əsas şikayət xoruzun banlamasıdır.

Belə ki, xoruzun səsindən narahatlıq keçirən qonşuları toyuqların varlığı qıcıqlandırmır.

Məhkəmə isə bununla bağlı qərar çıxarıb. Qərara əsasən, xoruzun sahibi adi günlərdə 22.00-dan 08.00-dək, bazar günləri isə 22.00-dan 09.00-dək onun banlamasının qarşını almalıdır.

Həmçinin, bildirilir ki, ev quşlarının qaldığı hindən səsin daha az çıxması üçün tədbir görülməli, göstərilən tarixlərdə toyuqlar hini tərk etməməlidir.