XİN:Gürcüstanda xarici jurnalist və turistlər üçün heç bir təhlükə yoxdur

Gürcüstanın aidiyyəti dövlət qurumları ölkədə ictimai asayiş və təhlükəsizliyi tam təmin edir.

Sozcu.az xəbər verir ki, Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Gürcüstan paytaxtında olan qonaqlar, ruslar da daxil olmaqla xarici jurnalist və turistlər üçün heç bir təhlükə yoxdur.

Məlumatda qeyd olunub ki, rusiyalı jurnalistlərlə bağlı insidentə görə istintaq aparılır.

Rusiya XİN ötən gün Gürcüstan hakimiyyətindən ölkə ərazisində olan Rusiyalı jurnalist və vətəndaşlarının təhlükəsizliyini təmin etməyi tələb edib.

Ötən gün Tbilisidə Rusiyanın “Rossiya 24” televiziya kanalının çəkiliş qrupuna qarşı hücum cəhdi olub.