Xaricdə yaşayan 164 fəal insanları İranda keçiriləcək Parlament seçkilərini boykot etməyə çağırıb

İrandan kənarda yaşayan 164 siyasi fəal insanları İranda fevralın 21-də keçiriləcək Parlament və Ekspertlər Şurasına aralıq seçkilərində iştirak etməməyə çağırıb.

Onlar İran vətəndaşlarından sivil itaətsizlik formasında seçkilərdə iştirakdən imtina etməklə, öz vətəndaşlıq hüquqlarını qorumağı istəyiblər. Fəallar keçiriləcək seçkilərin də görüşün xarakteri daşıdığını, heç bir müsbət dəyişikliyə səbəb olmayacağını deyiblər.

“İslam Respublikasının seçki sistemi azad və ədalətli seçki prinsipləri ilə ziddiyyət təşkil edir. Dini lider və Konstitusiyaya Nəzarət Şurası saxtakarlıq yolu ilə artıq deputatlardan 70%-dən çoxunu öz adamlarından və təhlükəsizlik qüvvələri sıralarından seçərək təyin ediblər”, – deyə aktivistlərin bəyanatında vurğulanır.

Siyasi fəallar 2019-cu ilin noyabr ayında keçirilmiş etirazlar və “Sepah” tərəfindən vurulan Ukrayna təyyarəsində ölən insanlara diqqət çəkərək, seçkilərdə iştirakı öldürülənlərin ruhuna hörmətsizlik və öz itirilmiş legitimliyini yenidən bərpa etmək üçün təlaş göstərən dini diktaturanın dəyirmanına su tökmək kimi dəyərləndiriblər.

“Məşrutə inqilabından bu günə qədər İranda yaşayan insanların apardığı mübarizəninin cövhəri olmayan, xalqın malını talamaqdan və diktaturadan əl çəkməyən Milli Məclisin təşkil edilməsi heç kimə lazım deyil. Belə görünüş xatirinə keçirilmiş seçkilərdə iştirak etməmək lazımdır”, – deyə öz çağırışlarını “səssiz İsfənd ayı” adlandıran 164 fəal qeyd edib.

Qeyd etmək lazımdır ki, fevralın 21-də keçiriləcək seçkilər İran daxilində də islahatçı və mühafizəkar siyasətçilər arasında böyük qalmaqala səbəb olub. İslahatçı namizədlərdən çoxunun müxtəlif adlarla Nəzarət Şurası tərəfindən namizəd kimi qeydə alınmaması seçkilərin indidən saxtalaşdırıldığının göstəricisidir. Bir neçə gün öncə İslahatçıların Ali Siyasi Şurası bunu saxtakarlıq adlandırmış və gələn Milli Məclisdə əyləşəcək deputatlardan 70-dən çoxunun seçki yolu ilə deyil, indidən təyin edildiyini bildirmişdi.

Sozcu.az

Facebook Comments