Xamineyinin istefasini tələb edən farslar türklərə müraciət etdi: “Mollanın cibində oturmayın. Küçələrə çıxın!”

JAM.az saytının rəhbəri, Tanınmış jurnalist Fikrət Fərəməzoğlu İranba baş verən aksiyalar barədə maraqlı məlumatlar paylaşıb.

Sozcu.az həmin məlumatları təqdim edir:

İrandakı aksiyalar qəribə rəng almağa başlayıb.

1. Tehrandakı aksiyalar getdikcə ölkənin hər yerinə yayılır.
2. Kürdlərin əsas şəhəri olan Kirmanşah əhalisi də axşam saatlarından küçələrə axışmağa başlayıb.
3. İrandakı xarici ölkə səfirləri də aksiyalara qatılıblar. Əhali ilə həmrəy olduqlarını bəyan ediblər. Maraqlıdır ki, şərq ölkələrin səfirləri də əhaliyə qoşulub.
4. İndiyə qədər keçirilən aksiyalarda ancaq iqtidarın getməsi tələb olunurdusa, hazırda tək tələb Xamineyinin istefa verməsidir.
5. Sistan-Bəllucistan əyalətində sel daşqınları nəticəsində onlarla kənd su altında qalıb. 100-dən çox itikin düşən var. Hökumət heç bir yardım göstərmir. Əhali etiraza başlayıb.
6. Azərbaycan şəhərləri hələ ki, sakit oturub. Bundan qəzəblənən fars və kürdlər axşam saatlarından etibarən sosial şəbəkələrdən Azərbaycan türklərinə müraciət edərək, onları cəsarətli olmağa, etiraz aksiyalarına dəstək verməyə çağırıblar. “Yığdığınız pullardan qorxmayın. Kişi olun, mollanın cibində oturmayın. Küçələrə çıxın. Hamımız bu zindanın altında əzilirik”.
7. Sərəndəc şəhərinin əhalisi də artıq küçələrə çıxıb. Rejimin getməsini tələb edir.
8. Az öncə gələn xəbərə görə, türk şəhərlərindən ilk olaraq Qəzvin əhalisi etirazlara başlayıb.

Facebook Comments