Xalqın son tikəsinə göz dikənlər… – Deputatın sayıqlaması

Elşən Əlisoy

Vətəndaş dövlətə hansı halda malı ilə kömək etməlidir?

Qəribə sualdır, elə deyilmi?

Normalda, Əgər vətəndaş dövlət üçün şəhid olub canından keçirsə, malından niyə keçməsin ki?

Burda ən asas məsələ bu bir cümləlik sözdə özünün izahını verir- “NORMALDA”…

Deputatlardan biri təxminən belə bir söz işlədib: “vətəndaşlar dollarlarını manata çevirməklə dövlətə kömək etməlidir”

Haqlı bir sual meydana çıxır: NƏYƏ GÖRƏ?

Bəli, vətəndaş dövlətinə sahib çıxmalıdır! Ancaq, vətəndaş dövlətə sahib çıxa bilmirsə, buna səbəb, dövlətin başında duranlar sinfi mənaefini öndə tutub, başqa sinifləri əzirsə, dövləti istismar edirsə, vətəndaşın hüquqlarını tapdayıb, hakim sinfin iqtisadi maraqlarını güdürsə, vətəndaşın əlində olan 5-3 manatını dövlətin qorunması adlı bir bəhanə ilə əlindən almağa çalışmaq, xalqa qarşı mədəni istismarı həyata keçirməkdir.

Oturuşmuş dövlətlərdə xalqın dövlətə dəstək olmaq kimi bir öhdəliyi yoxdur. Əksinə, dövlətin xalqa dəstək olmaq, xalqın maraqlarını təmin etmək, dövlətin iqtisadi imkanlarından xaqın yararlanmasını təmin etmək kimi bir öhdəliyi var. Qısası, dövləti talayan sinifin, talanan sinifdən dəstək istəməyə nə hüquqi, nə də mənəvi haqqları yoxdur.

Azərbaycanın movcud hakimiyyəti şərqin ilk cümhuriyyətini quran bir xalqın dövlətini ibtidai icma qurluşuna qədər qaytara bilib:

– Bir çox burjua sosioloqları dövlətin yaranmasını zorakılıq vasitəsilə izah edirlər. Onların fikrincə, dövlət bir tayfa və xalqın başqalarını özünə tabe etməsi nəticəsində meydana gəlmişdir. Qalib xalq məğlub xalqın əmlakını zəbt edir və xüsusi şəkildə yaradılmış aparatın köməyi ilə onu idarə etməyə başlayır. Zorakılıq nəzəriyyəsinin tərəfdarları Durinq və Kautski dövlətin mənşəyini belə izah edir. Qalib tayfalar məğlub tayfaları özünə tabe edir, onların bütün torpağını mənimsəyir və sonradan məğlub tayfanı sistematik olaraq qaliblər üçün işləməyə, xərac və vergi verməyə məcbur edir. Məğlubları idarə etmək üçün qaliblərin yaratdığı məcburetmə aparatı dövlətə çevrilir. (wikipedia.org)

Azərbaycan hakimiyyətinin dövlət fəlsəfəsi, Məğlubları idarə etmək üçün qaliblərin yaratdığı məcburetmə aparatıdır. Belə olan halda onsuz da hər şeyi mənimsənilən bir xalqın son tikəsinə göz dikmək istismarçılığın pikk nöqtəsidir.

Bəzilərindən fərqli olaraq, mən insanlarımızın əllərində olan qəpik-quruşlarını dollara çevirməyə çalışmasını qınamıram. Hər şeyi əlindən alınan xalq dövləti zorakı üsullarla talan edən tayfa kimi sərvətlərini qorumur və ya artırmağa çalışmır, xalq son çörəkpulunun taleindən narahatdır. Xalqın dollara çevirmək istədiyi qəpik-quruş, onun sadəcə ərzaq pulu, ailəsinin göz dikdiyi sonuncu un kisəsidir.

Qayıdaq normal dövlət məsələsinə: Normal bir şəxs və ya təşilat, kasıb bir xalqın idarəçisi olmağı arzu etməz. Varlı bir xalqın rəhbəri olmaq, qüdrətli bir dövləti yönəltmək deməkdir.

Azərbaycanın başında duranlar isə “normal” sözündən bixəbər, anormal bir talançı qrup olduğu üçün dövlət fəlsəfəsindən uzaq ibtidai düşüncəli İstismarçı sinifdir. Hətta, deyərdim ki, heç bir istismarçı belə tarlada işlətdiyi, mədəndə çalışdıırdığı insanların torbasında olan bir tikə çörəyə göz tikməz, ancaq bu deputat adlanan məxluqun təmsil olunduğu sinif, istismar etdiyi insanların torbasında olan çörəyə belə göz dikməyi bacarır, hətta buna dövlətə dəstək adı verməkdən utanmadan…

Facebook Comments