“Xalqın iradəsinin göstəricisidir” – Mübariz Mənsimov ləğv edilən dairələrdən danışdı

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanda parlament seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələrinin ləğv edildiyi seçki dairələrindən danışıb.

Sozcu.az-ın xəbərinə görə, M.Mənsimov bunu müsbət qiymətləndirib.

“Bəzi seçki dairələrinin nəticələrinin ləğv edilməsi xalqın iradəsinin göstəricisidir. Heç bir şeyin əvvəlki kimi olmayacağının qənaətindəyəm. Milli Məclisə haqq edən, haqqı uğrunda mübarizə aparan, vətəndaşın cibinə göz tikməyən, deputatlığı biznesinin genişləndirilməsi üçün istifadə etməyən insanlar gərəklidir” – M.Mənsimov qeyd edib.

Xatırlatma: Həmin seçki dairəsindən Ü.Quliyevin əsas rəqibləri Müsavat Partiyasının başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Qeyd: Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr bunlardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov(Pravda.az)

Facebook Comments