Xaçmazda dəhşətli qəza: ölü və yaralı var

Aprelin 3-ü Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Xaçmaz-Niyazoba yolunda qeydə alınıb.

“Hundai” markalı avtomobilin aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib. Qəza zamanı xəsarət alan Kamran Abbasov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments