Xəzərdə zəlzələ oldu

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.

Sözcü.az xəbər verir ki,bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 10:56-da Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3.4, dərinliyi 54 km olan zəlzələ hiss olunmayıb.