“WhatsApp”dan yeni funksiya

“WhatsApp” təkmilləşdiriciləri müəyyən vaxt ərzindən sonra ismarıcları avtomatik silməyə imkan verəcək yeni funksiyanı test edir.

Modern.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

“İsmarıcların silinməsi” funksiyası Android əməliyyat sistemi üçün nəzərdə tutulan mesencerin 2.19.348 beta-versiyasında var.

Mesencerin test rejimində olan funskiyasını “Kontakt haqda informasiya” və ya “Çatın qrup quraşdırmaları”na daxil olaraq işə salmaq olar.

Bununla yanaşı, istifadəçi ismarıcın “ömrünü” 1 saat, 1 gün, 1 hətə, 1 ay və 1 il təyin edə bilər.