“Walmart” sifarişləri toplayan robot təqdim edib

“Walmart” sifarişləri toplayan və satıcılarla qarşılıqlı əlaqədə olan robotlar təqdim edib. Hələ ki bu robotlar gündəlik 170-dək sifariş emal edirlər. Bu, onların imkanlarının 20%-nə bərabərdir.

Sozcu.az ictnews.az-a istinadən bildirir ki, şirkətin rəsmisi elan edib ki, malların seçilməsi və daşınması üçün avtonom robotlar artıq ABŞ-da bir neçə mağazada sınaqdan keçirilir. Bu robotlar sınaq müddəti bitdikdən sonra mühəndislərə öz tövsiyələrini verəcək işçi heyətlə əlaqə yaradırlar.

“Alphabot” avtonom arabaların köməyi ilə anbarda soyudulmuş və dondurulmuş məhsullar üçün sifariş emalını həyata keçirməyə imkan verir. Sistem lazımi məhsulu tapır, qablaşdırır, yoxlama yerinə çatdırır.

Facebook Comments