Vur, Azərbaycan əsgəri! – Pənah Hüseyn

VUR, AZƏRBAYCAN ƏSGƏRİ! ƏSİR DÜŞMÜŞ VƏTƏN TORPAĞINI AZAD ET! NAMUSUMUZDAN, ŞƏRƏFİMİZDƏN DÜŞMƏN LƏKƏSİNİ SİL! CANIMIZ SƏNƏ FƏDA OLSUN!
ALLAH YARDIMÇIN OLSUN!Bu gün elan edildi ki, təsdiq edilmiş plana əsasən martın 11-dən 15-dək Azərbaycan Ordusunun genişmiqyaslı təlimlləri keçriləcək. KİV- də erməni tərəfi Azərbaycan ordusunun bu təlimlərini İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsində erməni tərəfinə təzyiq göstərməyə hesablanması kimi şərh edib.

Xatırladaq ki, ötən həftə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən “bir qarış da torpaq qaytarmaqdan söhbət gedə bilməyəcəyini” deyib. Bildiirb ki, erməni tərəfi Araz boyu ərazilərdə məskunlaşma aparacaq.

Ermənistan rəhbərlərindən birinin belə bəyanatla çıxış etməsi danışıqlar prosesini darmadağın etməyə səbəbdir. Və belə vəziyyətdə Azərbaycan qətiyyətli addımlar ataraq erməni tərəfinin “bir qarış da olsun torpaq verməmək” prinsipinə öz münasibətini bildirməlidir.

NƏ DANIŞIQLARA GÖRƏ TƏZYİQ! DÜŞMƏN QUDURUB! ONUNLA MƏNASIZ DANIŞIQLARA SON VERİLMƏLİDİR! ONU MƏHV ETMƏK LAZIMDIR! DÜŞMƏNƏ ÖLÜM!
Pənah Hüseyn, AXP sədri.