Villaya görə həbs ediləcək

Müğənni Ebru Gündeşin azərbaycanlı biznesmen əri Rıza Sarrafın villa məhkəməsində yeni qərar verilib.

Sozcu.az-ın məlumatına görə, məhkəmə Ebrunun günahsız olduğuna, inşaat mühəndisi Hakkı Süha Gökdemirə isə 1 il 8 ay həbs və 80 lirə pul cəzası vermişdi.

Sonuncu məhkəməyə isə Rızanın vəkili gəlib. Günahkar haqqında yeni qərar qəbul edilib. Amerikada həbsdə olduğu deyilən Rızanın hazırda azadlığa buraxıldı bildirilib. Onun hazırda başqa xarici ölkədə yaşadığı deyilib. Zarrabın yaşadığı ünvanın tapılması haqda qərar verilib.

Rızanın yenidən həbs edilməsi üçün qərar verilib.

Qeyd edək ki, Rıza və Ebru tarixi bina sayılan villasını təmir etdirdiyi və qanuna uyğun olmayan formada düzəltdirdiyi üçün məhkəməyə verilib.(Axşam.az)