Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Sozcu.az-ın xəbərinə görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Rufan Həsənov təyin olunub.

Qeyd edək ki, buna qədər R. Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi olub.(APA)

Facebook Comments