Vilayət Eyvazov BŞBPİ-nin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin etdi

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Facebook Comments