Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər naziri Vilayət Eyvazovun əmriylə yeni təyinat olub.

Sozcu.az  xəbər verir ki, polis polkovnik-leytenantı Vüsal Rüstəmov Balakən Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Binəqədi Rayon Polis idarəsində xidmət edən polis polkovnik-leytenantı Vüsal Rüstəmov polis orqanlarında peşəkar polis zabitlərindən hesab olunur.

***

Daxili İşlər naziri Vilayət Eyvazov Nəsimi rayonuna yeni polis rəisi təyin edib.

V.Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mirnemət Mirbabayev Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.

Təyinat xəbərini Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev buna qədər Göygöl Rayon Polis Şöbəsinin rəisi olub.