Vətən müharibəsində 12 ermənini məhv edən igidimiz – Video

Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Bodur Eldar oğlu Kərimlidir.

Sozcu.az Report-a istinadən xəbər verir ki, 1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. O, Ağstafa rayon Şahin Abadov adına orta məktəbi bitirib.

Hərbi xidmətdə Qusar rayonunda olub. 2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb. B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

Facebook Comments