Venesuelalı nazir:”Müxalifət ölkənin xarici hesablarından 30 milyard dollar oğurlayıb”

Venesuelada son iki ayda 30 milyard dollardan çox vəsait ourlanıb, 1 milyard dollardan çox vəsait müxalifətçilərin şəxsi hesablarına köçürülüb.

Sozcu.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqes yerli “VTV” telekanalına bildirib.

Onun sözlərinə görə, Venesuelanın beynəlxalq hesablarından köçürülən həmin vəsaitlər hesabına müxalifətçilərin öz ölkələrinə qarşı terror əməlləri maliyyələşdirilib.

“Bu əməliyyata özünü qeyri-qanuni prezident elan etmiş Xuan Quaydonun, müxalifət liderlərindən biri Leopold Lopesin, Quaydonun həbs edilmiş köməkçisi Roberto Marreronun, Venesuela parlamentinin ABŞ-dakı təmsilçisi Karlos Vekko və digərlərinin də daxil olduğu qərargah nəzarət edir. Onlar Venesuelanın müxtəlif banklardakı hesablarından oğurluqlar edib və bunu Tramp administrasiyasının göstərişi ilə həyata keçiriblər”, – nazir Rodriqes belə deyib.(Strateq.az)