Venesuela prezidenti avobus sürücü işinə geri qayıtmaq istəyir

Venesuela prezidenti Nikolas Maduro şəhər avtobusunun sürücüsü işinə geri qayıtmaq istəyir.

Sozcu.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli VTV kanalı məlumat yayıb.

Xatırladaq ki, Cənubi Amerikanın Qərb dünyasına üsyankar dövlət başçısı siyasi karyerasına nəqliyyat işçilərinin yer aldığı həmkarlar ittifaqında başlayıb.

Dünən vaxtilə məşğul olduğu məslək sahəsində işləyən insanlarla görüşən Nikola Maduro bir gün prezident postundan getməsindən sonra yenidən qürurla, öz uniformasında sükan arxasına keçmək və Venesuela xalqına qulluq etmək istədiyini bəyan edib.

Nikolas Maduro hələ yeniyetmə çağlarından sol təşkilatlarda aktiv fəaliyyət göstərib. Vaxtilə o, siyas tətillərin təşkilinə görə məktəbdən qovulub. Venesuelanın gələcək prezidenti orta təhsilini yalnız yaşlı vaxtlarında tamamlaya bilib. Solçu lider gəncliyində Kubada xüsusi məktəbdə təlim keçib, ölkəsinə döndükdən sonra paytaxt Karakas şəhərinin metrosunda da həmkarlar ittifaqının üzvlüyündə olub.Musavat.com

Facebook Comments