Venesuela diplomatları Boliviyadan çıxdı

Venesuela diplomatları Boliviyanı tərk edib.

Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“48 saat əvvəl mən bütün diplomatik personala əmr vermişəm ki, ölkəni tərk etsin”, – deyə o bildirib.

O, Boliviyadakı diplomatik personalın artıq təhdidlər aldığını, eləcə də səfirliyin ələ keçirilmə ehtimalının olduğunu bəyan edib.

Qeyd edək ki, bir neçə gün öncə Boliviyanın yeni rəhbərliyi Venesuelada Nikolas Maduronun hakimiyyətini tanımaqdan imtina etdiyini, bu ölkə ilə diplomatik münasibətlərin dayandırıldığını açıqlamışdı.

Facebook Comments