“Vaxt tapsam, 5 övladım olar” – Ebru

İş adamı Uğur Akkuşla nişanlı olan model Ebru Şallı ötən gün Eskişehirdə görüntülənib.

Sozcu.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o, maraqlı açıqlamalar verib:

“Mənə evliliyin çox yaraşdığını və ailə qurmağın vaxtının çatdığını deyirlər. Uşaqları çox sevirəm. Vaxt tapsam, 5 uşağım olar. Amma qızımın olmasını çox istəyirəm”.

Qeyd edək ki, Ebru bu ilin mayında Uğurla nikah masasına oturacağını bildirib.(Axşam.az)